Onlayn ictimai-siyasi qəzet
İran öz suverenliyini və milli maraqlarını müdafiə etmək hüququnu özündə saxlayır.
Musavat.com xəbər vedrir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədə yazıb.
"BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ İranın dinc nüvə obyektlərinə hücum edərək BMT Nizamnaməsini, beynəlxalq hüququ və NPT-ni kobud şəkildə pozub.
Bu səhər baş verən hadisələr dəhşətlidir və uzunmüddətli nəticələrə səbəb olacaqdır. BMT-nin hər bir üzvü bu son dərəcə təhlükəli, qanunsuz və cinayətkar hərəkətə görə narahat olmalıdır.
BMT Nizamnaməsinə və özünümüdafiə üçün qanuni cavab verməyə imkan verən müddəalarına uyğun olaraq, İran öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün variantları özündə saxlayır", - XİN başçısı bildirib.
İqbal RZAYEV,
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ