İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsrailə hücumlarda ilk dəfə ortamənzilli ballistik raketdən istifadə edib

İran İsrailə qarşı hücumlarda ilk dəfə ortamənzilli “Xeybər Şekan” (“Kheibar Shekan”) adlı üçüncü nəsil ballistik raketdən istifadə edib.

"Report" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

Qeyd edək ki, 1 450 km mənzilli raket qarşı tərəfin hava müdafiə sistemini dəf etmək qabiliyyəti ilə seçilir və müəyyən olunmuş hədəfi yüksək dəqiqliklə vurur.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb və bunu Tehranın nüvə və raket proqramlarını pozması ilə əsaslandırıb. İslam Respublikası bir neçə saat sonra cavab hücumu həyata keçirib. Sonrakı günlərdə ölkələr yenidən bir-birlərinə zərbələr endiriblər. Hər iki tərəf hücumlar nəticəsində ölən və yaralananların olması barədə məlumat veriblər, bir sıra obyektlərin vurulduqlarını açıqlayıblar. Qarşılıqlı zərbələr davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR