Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şaraa ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, o, rəsmi Ankaranın Dəməşqə dəstəyini davam etdirəcəyini bildirib.
“Biz qətiyyətliyik, Əhməd Əl-Şaraanı Suriyada tək buraxmayacağıq. Suriyanın parçalanmasını istəmirik, əksinə, onun bərpasını Türkiyə üçün müsbət faktor kimi dəyərləndiririk”, — deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğanın bu açıqlaması bölgədəki yeni siyasi dinamikaları ön plana çıxarır.
Qeyd edək ki, Türkiyə son aylarda Şərqi Aralıq dənizi və Yaxın Şərq siyasətində balanslı mövqe nümayiş etdirməyə çalışır.
Musavat.com
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ