İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiyanın hərbi bazasını çıxarmağı müzakirə etmir – Parlament sədri

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyaya məxsus hərbi bazanın ölkə ərazisindən çıxarılması ilə bağlı iddialara aydınlıq gətirib.

Musavat.com xəbər verir ki, Simonyan bu məsələ ilə bağlı hər hansı müzakirənin aparılmadığını bəyan edib. Onun sözlərinə görə, Rusiya hərbi bazasının Ermənistandakı mövcudluğu hazırda gündəmdə olan məsələ deyil.

“Biz Rusiya hərbi bazasının çıxarılması məsələsini müzakirə etmirik,” – deyə Simonyan qısa və konkret şəkildə bildirib.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazası son vaxtlar regiondakı geosiyasi gərginlik fonunda müzakirə mövzularından birinə çevrilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR