Onlayn ictimai-siyasi qəzet
"Al Arabiya" telekanalının məlumatına görə, Suriyada ötən ilin dekabrında devrilmiş keçmiş prezident Bəşər Əsədin əmisi oğlu – Namir Badi Əl-Əsəd həbs edilib.
Musavat.com xəbər verir ki, hadisə barədə əlavə məlumatlar açıqlanmayıb, lakin mənbələr bu həbsi ölkədə gedən siyasi təmizlənmə prosesinin bir hissəsi kimi qiymətləndirirlər.
Xatırladaq ki, bir müddət əvvəl Suriya lideri Əhməd Əş-Şəraa Moskvaya səfəri zamanı Bəşər Əsədin suriyalılara qarşı törətdiyi cinayətlərə görə məhkəməyə verilməsi üçün rəsmi ekstradisiya tələbi irəli sürməyi planlaşdırırdı.
Müşahidəçilər hesab edirlər ki, Namir Əl-Əsədin həbsi məhz bu prosesin ilk siqnalı ola bilər və yaxın günlərdə Əsəd ailəsinin digər üzvlərinə qarşı da oxşar addımların atılması istisna edilmir.
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ