Onlayn ictimai-siyasi qəzet
İstanbulda dəhşətli ölüm hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, avtomobil ustanın üstünə aşıb.
Belə ki, Beykozda təmir üçün liftlə təxminən 2 metr qaldırılan avtomobil usta Fateh Taştanın üzərinə düşüb.
Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 43 yaşlı Taştan 22 gün sonra dünyasını dəyişib.
Onun qardaşı Çağatay Mehmet Taştan bildirib ki, faciəyə səbəb olan lift çox köhnə və baxımsız vəziyyətdə olub.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ