Onlayn ictimai-siyasi qəzet
Finlandiya Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ABŞ-dan silah alacaq.
Musavat.com xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkyanen açıqlama verib.
NATO-nun baş katibi Mark Rütte isə Brüsseldə NATO müdafiə nazirlərinin görüşü öncəsi bildirib ki, bu gün keçiriləcək Ukrayna üzrə “Ramşteyn” formatlı əlaqə qrupunun iclasında yeni dövlətlərin ABŞ-dan silah alınması təşəbbüsünə — PURL proqramına qoşulması gözlənilir.
Rütte xatırladıb ki, PURL proqramına artıq Almaniya, Hollandiya, Kanada, İsveç, Danimarka və Norveç aktiv şəkildə qoşulub.
Musavat.com xəbər verir ki, Finlandiyanın bu qərarı, Avropa ölkələrinin Ukraynaya dəstəyinin davam etməsinin növbəti göstəricisi hesab olunur.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ