Onlayn ictimai-siyasi qəzet
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov bildirib ki, Britaniya SAS təlimatçıları və Mİ6 kəşfiyyatçıları Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) qarşı bir sıra dron zərbələri planlaşdırıblar.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Bortnikov planlaşdırılan hücum barədə mülahizəəsini Özbəkistanın Səmərqənd şəhərində Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) 57-ci iclasında açıqlayıb. CPC səhmdarlarına Rusiya, Qazaxıstan və ABŞ şirkətləri daxildir.
CPC sistemi Qazaxıstanda hasil edilən bütün neftin 80%-dən çoxunu daşıyır. Neft Kropotkinskaya stansiyası vasitəsilə Novorossiyskə göndərilir və sonra Avropaya ixrac edilir.
Bildirilir ki, bu, CPC obyektlərinə edilən ilk hücum deyil. Fevral ayında Kropotkinskaya stansiyasına yeddi pilotsuz təyyarənin çırpılması Qazaxıstan neftinin hasilatını 30% azaldıb. Mart ayında neft stansiyasına növbəti pilotsuz təyyarə hücumu yanğına səbəb olub.
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ