İnsanlara hürriyət, millətlərə istiqlal!

Harvard universiteti federal maliyyədən məhrum edildi

Harvard universiteti daha federal maliyyə almayacaq - bu qərarı universiteti qanunları pozmaqda və hökumətin tələblərinə məhəl qoymamaqda ittiham edən ABŞ-nin təhsil naziri Linda Makmahon verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-nin təhsil naziri Linda Makmahon Harvard universitetinin dövlət tərəfindən maliyyələşdirilən institut statusunu itirəcəyini bildirib. Onun sözlərinə görə, federal hökumət artıq universitetə qrant ayırmayacaq. Bu barədə Harvard universitetinin prezidenti Alan Qarberə ünvanlanan və nazirin X sosial şəbəkəsindəki səhifəsində dərc olunan rəsmi məktubda deyilir.

Sənəddə deyilir ki, universitet şəhərcikdə zorakılıq hərəkətləri törətdiyi iddia edilən əcnəbi tələbələri dəvət edir. Makmahon əlavə edib ki, Harvard “ABŞ-ın ali təhsil sistemini ələ salır” və sistematik olaraq qanunları pozur.

O, həmçinin universitet rəhbərliyini keyfiyyətsiz təhsildə və Ali Məhkəmənin irqi ayrı-seçkiliyə son qoyulması ilə bağlı qərarını yerinə yetirməkdən imtinada ittiham edib. Onun sözlərinə görə, universitet rəhbərliyi hökumətin tələblərinə uyğun olaraq kadr və təhsil siyasətinə yenidən baxmaq istəməyib.

Bundan əvvəl departament Harvarda dövlət tərəfindən ayrılan 2,2 milyard dollar vəsaitin dayandırıldığını açıqlamışdı. ABŞ prezidenti Donald Tramp da öz növbəsində universiteti vergi güzəştlərindən məhrum etməyi təklif edib.

Bəyanat universitetlərdə Yaxın Şərqdəki vəziyyətlə bağlı geniş etiraz aksiyaları fonunda verilib. Ağ Ev maliyyəni kəsməklə hədələyərək məktəblərdən yəhudi tələbələrin təhlükəsizliyini təmin etməyi tələb edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR