İnsanlara hürriyət, millətlərə istiqlal!

Havaya görə sabah dərslər ləğv olunacaq? - Rəsmi AÇIQLAMA

Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir.

Musavat.com xəbər verir ki, bu barədə milli.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Qeyd edək ki, sosial şəbəkələrdə hava şəraiti ilə əlaqədar dərslərin olmayacağı ilə bağlı xəbərlər yayılmışdı. MÜTDA isə bunu inkar edərək, əhalini belə dezinformasiyalara inanmamağa çağırıb.

Xatırladaq ki, bu gecədən başlayaq ölkədə leysan xarakterli yağışlar yağacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

04 May 2025

BÜTÜN XƏBƏRLƏR