Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, “Əl-Ərəbiyyə” telekanalının diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, HƏMAS və İsrail arasında 60 günlük atəşkəs barədə razılıq əldə olunub.
Məlumatı İsrail tərəfi də təsdiqləyib – Baş nazir Benyamin Netanyahu ABŞ-ın vasitəçisi Cared Uitkoffun təklifini qəbul etdiklərini bəyan edib.
Bildirilib ki, yaxın saatlarda ABŞ prezidenti Donald Tramp bu razılaşmanın detalları ilə bağlı mətbuat konfransı keçirəcək. Trampın tərəflərin öhdəliklərini şəxsən elan edəcəyi gözlənilir.
Razılaşmaya əsasən, Qəzza zolağında humanitar fasilə yaradılacaq, qida və tibbi yardım konvoylarının bölgəyə maneəsiz girişinə şərait yaradılacaq.
Bu, Tramp administrasiyasının Yaxın Şərqdə sülh təşəbbüsləri çərçivəsində atdığı ən mühüm addımlardan biri kimi qiymətləndirilir.
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ