Onlayn ictimai-siyasi qəzet
Hindistan hakimiyyəti bir neçə şəhərdə planlı şəkildə elektrik enerjisinin verilişini dayandırmaqla fövqəladə hallara hazırlıq məqsədilə təlimlər keçirib. Rəsmi mənbələrə görə, bu addım kritik infrastrukturun kəsinti zamanı necə fəaliyyət göstərəcəyini sınamaq üçün atılıb.
Musavat.com xəbər verir ki, Təlimlər zamanı xəstəxanalar, rabitə şəbəkələri və su təchizatı sistemlərinin fasiləsiz işləməsi, həmçinin fövqəladə hallara cavab verən xidmətlərin reaksiyası qiymətləndirilib. Rəsmilər bildiriblər ki, bu cür sınaqlar ölkənin təhlükəsizlik və müdafiə strategiyasının tərkib hissəsidir.
Hökumət energetika sektorunun kibertəhlükələr, təbii fəlakətlər və texniki nasazlıqlar fonunda dayanıqlığını artırmaq niyyətindədir.
Toğrul İSMAYIL,
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ