İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanın komanda qərargahı məhv edildi - VİDEO

Tərəflər yüksək dəqiqlikli silahlardan istifadə edir

Musavat.com xəbər verir ki, termal görüntülər Hindistan və Pakistan arasında təmas xətti boyunca artilleriya atəşlərinin davam etdiyini göstərir. Münaqişə zonasında intensiv döyüşlərin getdiyi bildirilir.

Hindistan Hərbi Hava Qüvvələri Pakistan ərazisinə qarşı "Rafale" qırıcıları ilə Fransadan alınmış "SCALP" qanadlı raketləri və "Hammer" bombalarından istifadə edib. Bu, son illərdə Hindistanın bu tip yüksək dəqiqlikli silahlardan istifadəsi baxımından ən ciddi eskalasiyalardan biri kimi qiymətləndirilir.

Eyni zamanda, Pakistan ordusu Hindistana cavab zərbələri endirib. Rəsmi İslamabad açıqlayıb ki, Kəşmir bölgəsində yerləşən Hindistanın Uri briqadasının komanda qərargahı məhv edilib. Bu iddianı təsdiqləmək üçün Pakistan hərbi hesabları termal görüntülər dərc ediblər.

Regionda vəziyyət son dərəcə gərgindir və tərəflər arasında hərbi eskalasiyanın artacağı ehtimalı istisna edilmir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR