Onlayn ictimai-siyasi qəzet
Ümumi yurisdiksiya üzrə birinci instansiya məhkəməsinin sədri vəzifəsini icra edən Jora Çiçoyanın göstərişinə əsasən, İrəvanın bütün birinci instansiya məhkəmələri və onların hakimləri bir həftə ərzində məhkəmədə növbə çəkməyə borcludurlar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, buna bənzər vəziyyət Samvel Karapetyanın saxlanıldığı vaxtda da müşahidə olunmuşdu.
“Yəqin ki, o zaman məhkəmə sədri Mnatsakan Martirosyan düşünürdü ki, çoxlu vəsatətlər daxil olacaq və bütün məhkəmələr növbə çəkməli olacaq ki, həbs sanksiyaları versinlər. İndi isə 12 keşiş məhkəməyə məcburi gətirilib və yenidən oxşar göstəriş verilib, çünki çoxsaylı vəsatətlərin daxil olacağı proqnozlaşdırılır”,-deyə qəzet yazıb.
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ