Onlayn ictimai-siyasi qəzet
Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti İsrailin Yaxın Şərqdə yeni qarşıdurmalara rəvac verdiyini iddia edib.
Musavat.com xəbər verir ki, qəzetin yazdığına görə, Təl-Əviv Suriyada vətəndaş müharibəsinin yenidən alovlanmasını və keçid dövrünün prezidenti Əhməd Əş-Şaranın devrilməsini hədəfləyib.
Məqalədə qeyd olunur ki, Türkiyə kəşfiyyatı İsrailin dəstəklədiyi Əş-Şaraya qarşı sui-qəsd planının qarşısını vaxtında alıb. Plana dair təfərrüatlar açıqlanmasa da, hücumun məqsədinin Suriyada siyasi sabitliyi pozmaq və İranın dəstəklədiyi qüvvələrin zəiflədilməsi olduğu vurğulanır.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ