Onlayn ictimai-siyasi qəzet
Adanada baş verən qeyri-adi hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sedef Ü. (32) ilə Adem Ü. (33) cütlüyünün toy mərasiminə qonaq kimi qatılan Sinan E. (48), əvvəlcə digər qonaqlarla birlikdə toyda əylənib və tort yeyib. Lakin əsl məqsədinin başqa olduğu daha sonra üzə çıxıb.
Musavat.com xəbər verir ki, Sinan E., toyda qızıl və pul yığımı mərasimi zamanı, kamera çəkilişi gedərkən “saymaq bəhanəsi” ilə qutudan 40 min lirə çıxararaq cibinə qoyub və oğurlayıb.
Daha sonra gəlin və bəyə su təqdim edən “nəzakətli qonaq”, sakitcə salondan ayrılıb.
Lakin onun bu “peşəkar planı” kameraların diqqətindən yayınmayıb. Görüntülərdən şəxsiyyəti müəyyən edilən Sinan E. saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, bir həftə əvvəl başqa bir toyda da eyni üsulla 60 min lirə oğurlayıbmış.
Hazırda Sinan E.-nin daha əvvəl bu cür hadisələrdə iştirak edib-etmədiyi araşdırılır.
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ