Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İtaliyada keçirilən Kunq Fu üzrə Dünya Çempionatında Azərbaycan təmsilçisi, Prezident İlham Əliyevin nəvəsi, 11 yaşlı Əminə Əliyeva uğurlu çıxışı ilə finala adlayıb.
O, yarımfinalda rəqibini məğlub edərək ölkəmizi final mərhələsində təmsil etmək haqqı qazanıb.
Əminə Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəvəsi, Leyla Əliyeva və tanınmış müğənni, iş adamı Emin Ağalarovun qızıdır.
Bu uğurdan sonra Xalq artisti Emin Ağalarov qızının zəfərini rəsmi “Instagram” səhifəsində paylaşdığı video ilə qeyd edib. Paylaşımda o, qızına “mən səninlə qürur duyiram”, sözləri ilə müraciət edərək duyğularını bölüşüb.
Musavat.com həmin videonu təqdim edir:
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ