İnsanlara hürriyət, millətlərə istiqlal!

“İntiqam planı”: İran ABŞ -a bu cür cavab verəcək

ABŞ İraq və Suriyadakı bazalara hücum planlarından xəbərdardır – “The New York Times”

Musavat.com xəbər verir ki, ABŞ kəşfiyyat qurumları İraq və Suriyada yerləşən Amerika hərbi bazalarına qarşı hücum planları barədə məlumat əldə ediblər. Bu barədə “The New York Times” qəzeti ABŞ administrasiyasındakı yüksək rütbəli nümayəndəyə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, hücum planları İrana cavab zərbələri fonunda hazırlanır. Məlumatda qeyd edilir ki, bu hücumları İran tərəfindən dəstəklənən silahlı qruplaşmalar – xüsusilə “şiə milis dəstələri” həyata keçirməyə hazırlaşır.

Mənbənin sözlərinə görə, hazırkı vəziyyət ABŞ-ın regiondakı qüvvələri üçün ciddi risklər yaradıb və Pentaqon bu planlara qarşı cavab tədbirlərini qiymətləndirir.

Qeyd edək ki, son günlərdə ABŞ-ın İrana qarşı həyata keçirdiyi hava zərbələri, xüsusilə də nüvə obyektlərinə endirilmiş hücumlar Yaxın Şərqdə gərginliyi daha da artırıb. İran tərəfi bu zərbələrə cavab verməyə hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bölgədəki hərbi-siyasi vəziyyət ABŞ-İran qarşıdurmasının genişlənməsi ehtimalını gündəmə gətirib.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR