İnsanlara hürriyət, millətlərə istiqlal!

İran BOMBALADI: İsraildə 1 gecədə 90 nəfər... - ŞOK RƏQƏM

İranın 17-dən 18-nə keçən gecə İsrailə endirdiyi raket zərbələri nəticəsində çox sayda insan xəsarət alıb.

Musavat.com xəbər verir ki, İsrail Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, ümumilikdə 94 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan biri orta-ağır vəziyyətdədir, 85 nəfərin durumu qənaətbəxş sayılır, 3 nəfərdə isə təşviş pozuntusu aşkarlanıb. Daha 5 nəfər üzərində tibbi müayinələr davam etdirilir.

Xatırladaq ki, iyunun 13-də İsrailin İrana təşkil etdiyi hava hücumları zamanı ölkənin yüksək rütbəli hərbçiləri və nüvə sahəsində çalışan alimlər həlak olmuşdu. Həmin günün axşamı İran bu hücumlara cavab olaraq “Həqiqi Vəd III Əməliyyatı” adlandırılan genişmiqyaslı zərbələrlə İsrail ərazisini hədəfə almışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR