İnsanlara hürriyət, millətlərə istiqlal!

İran nüvə sazişindən çıxa bilər: "Sanksiyalar davam edərsə, uranı 60%-dən yuxarı zənginləşdirəcəyik"

 İran rəsmi şəkildə BMT-nin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmaqla hədələyib.

Musavat.com xəbər verir ki, bu bəyanat ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının nümayəndəsi Əbrahim Rəzaidən gəlib.

O, bildirib ki, əgər İran üzərinə tətbiq olunan sanksiyalar davam edərsə, Tehran nüvə sazişindən çıxacaq və uranı 60 faizdən də yüksək səviyyədə zənginləşdirməyə başlayacaq.

“Bu, İranın beynəlxalq təzyiqlərə qarşı sərt cavab verməyə hazır olduğunu göstərir”, – deyə Rəzaidən sitat gətirilib.

Qeyd edək ki, hazırda İranın uranı 60%-ə qədər zənginləşdirməsi dünya gücləri ilə danışıqlarda ən mübahisəli məsələlərdən biridir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR