İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səmasında HƏYƏCANLI ANLAR: Uçuşdan dəqiqələr sonra... - VİDEO

Bu gün səhər saatlarında Tehrandan Məşhədə uçan "Çabahar" Hava Yollarına məxsus təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra ciddi texniki nasazlıqla üzləşib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, təyyarə dərhal Mehrabad hava limanına qayıtmalı olub. Sərnişinlərdən birinin sözlərinə görə, mühərriklərdən biri sıradan çıxıb və təyyarə sürətlə yerə doğru enməyə başlayıb.

Nəticədə pilot bir mühərriklə təyyarəni idarə edərək Tehrana təcili eniş etməyə nail olub.

Musavat.com təyyarədən görüntüləri təqdim edir:

@@TVmusavat/114386@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR