Onlayn ictimai-siyasi qəzet
İyunun 13-dən bəri İran tərəfindən İsrail ərazisinə edilən raket və PUA hücumları nəticəsində 25 israilli həyatını itirib, 1300-dən çox insan isə yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisindən məlumat verilib. Baş nazirin müşaviri Dmitri Hendelmanın sözlərinə görə, bu müddət ərzində İran tərəfindən İsrailə təxminən 500 raket və 1000-dən çox pilotsuz uçuş aparatı buraxılıb.
Hendelman bildirib ki, İsrailin Vergilər İdarəsinə indiyədək hücumlar nəticəsində dəymiş ziyanla bağlı 36465 müraciət daxil olub. Onlardan 29226-sı binaların zədələnməsi, 3392-si isə nəqliyyat vasitələrinə dəymiş zərərlə bağlıdır.
Onun sözlərinə görə, hücumlar səbəbindən təxminən 15 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Onlardan 10996 nəfəri dövlət hesabına mehmanxanalarda yerləşdirilib, təxminən 4000 nəfər isə dost və qohumlarının yanına köçüb.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ