Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov Ramiz Mehdiyev olayından danışıb.
Musavat.com xəbər verir ki, əvvəlcə o, dövlət başçımızın və Birinci vitse-prezidentin son səfərlərindən bəhs edib:
“Kopenhagen, Qəbələ, Düşənbə zirvələri və Yaxın Şərq Sülh Sammiti fonunda yalnız son 3 həftənin siyasi trafiki deməyə əsas verir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan artıq hesablaşılan qlobal gücə çevrilib. Artıq Vaşinqton da, Tehran da, Paris, Moskva da Bakının hərbi-siyasi zəfərləri ilə yaratdığı yeni reallıqları qəbul edir və bu ölkələrlə münasibətlərimiz arzuolunan məcraya qədəm qoyub.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xristianlığın ürəyi Vatikana rəsmi səfəri həm də sivilizasiyalar arası dialoqda Azərbaycanın hərəkətverici rol üstləndiyini göstərir”.
Bəhruz Məhərrəmov ardınca vurğulayıb ki, bütün bunların fonunda ölkədə ictimai rəyin bəzən milli məqsədləri aşması suallar doğurur:
“Məsələn, son günlər diqqətin Ramiz Mehdiyevin barəsində cinayət təqibinə fokuslanması başa düşülən olsa da, bu situasiyanın dövlətçilik əleyhinə qaralama cəhdlərinə çevrilməsi qəbuledilməzdir. Burada söhbət Mehdiyevə bir zamanlar xoş söz demiş hansısa fərdin müdafiəsindən getmir, söhbət dövlətin imicindən gedir. Nə Mehdiyev, nə onun radikal müxalifətdəki balaları, yaxud mitinq kuklaları Azərbaycan xalqının gözündə cənab İlham Əliyevə alternativ olub, olması da mümkün deyil.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ