İnsanlara hürriyət, millətlərə istiqlal!

Tibbi sığortanın əhatə dairəsi genişləndirilir

Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Musavat.com bildirir ki, qanun layihəsinə əsasən, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilərə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstəriləcək.

Layihə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin tibbi müayinəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb.

Bildirilib ki, təklif olunan dəyişikliklərə əsasən, sözügedən qanunun müvafiq maddəsində həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər əlavə edilib. Eyni zamanda bu subyekt dairəsinə daxil olan şəxslərin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kateqoriyasına aid olması halı da nəzərə alınıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq sonuncu oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR