İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı deputatdan yersiz Zəngəzur iddiası

İranın Ərdəbildən olan deputatı, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sudeif Bədri deyib ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi İranın strateji maraqları və rolu nəzərə alınmadan mümkün deyil.

Musavat.com-un məlumatına görə, bu barədə SEPA Telegram kanalı yazıb.

Deputat iddia edib ki, “son zamanlar dəhlizlə bağlı qeyri-peşəkar və real olmayan bəyanatlar verilir, lakin bu cür layihələr maraqlı tərəflərin, xüsusən də İranın razılığı olmadan icra mərhələsinə keçə bilməz”.

Bədrinin fikrincə, təhdid və təzyiq dili regionda davamlı inkişafı təmin etmək iqtidarında deyil.

“Cənubi Qafqazın bütün ölkələri İranın iştirakı ilə ümumi maraqlara can atmalıdır. Regiondakı bütün ölkələrin maraqlarının təhlükəsizliyini təmin etməyə qadir olan yeganə ölkə İrandır. Biz üçüncü tərəflə bağlı məsələləri gündəmə gətirmək niyyətində deyilik, lakin vurğulayırıq: Zəngəzur da daxil olmaqla, regionda heç bir tranzit marşrutu İranın həssas və mühüm maraqları nəzərə alınmadan həyata keçirilə və dayanıqlı ola bilməz”, - deputat əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR