Onlayn ictimai-siyasi qəzet
İrəvanda Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin “hüquqlarının müdafiəsi” ilə bağlı mitinq keçirilir.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Qarabağdakı keçmiş qondarma “parlamentin eks-spikeri” Aşot Qulyanın jurnalistlərə verdiyi məlumata görə, aksiyanın keçirilməsinə səbəb Qarabağ sakinlərini narahat edən çoxlu sosial və digər məsələlərin yığılıb qalmasıdır. Bu, aprelin 1-dən “məcburi köçkünlərə” verilən pul yardımının kəsilməsi fonunda xüsusilə aktualdır.
Azadlıq meydanına təkcə “köçkünlərin” özləri deyil, onları dəstəkləyən İrəvan və Ermənistan rayonlarının sakinləri də toplaşıb.
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ