İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiya aviaşirkətlərini çökdürür: İki gündə 20 milyard rubl...

İyulun 5-6-da Rusiyanın mərkəzi hissəsində Ukraynanın dron hücumlarına görə hava limanlarının fəaliyyətinin dayandırılması nəticəsində aviaşirkətlər azı 20 milyard rubl(hazırkı məzənnə ilə 253,7 milyon dollar) ziyana düşüb.

Musavat.com xəbər verir ki, bu, “Kommersant”ın məqaləsində yer alan hesablamadır. Bildirilir ki, sərnişin assosiasiyaları fövqəladə hallar üçün vahid əsasnamənin yaradılmasını tələb edirlər.

Mütəxəssislər və ekspertlər hesab edir ki, hava limanları gecikən, təxirə salınan, yaxud ləğv edilən reyslərin sərnişinlərini yaşayış və yeməklə təmin etməlidir, kiçik aviaşirkətlər isə dövlət dəstəyinə ehtiyac duyurlar.
RunAvia xidmətinin yaradıcısı Andrey Patrakov hesablayıb ki, 158 sərnişin üçün nəzərdə tutulmuş Boeing 737-800 reysinin ləğvi bir aviaşirkətə 15-23 milyon rubla başa gəlir.

Təkcə üç hava limanında uçuşların ləğvindən sonra ilk gündə aviaşirkətlər 3,9-5,9 milyard rubl itirib.
EXPO.UAV şirkətinin eksperti Dmitri Datsykov sərnişinlər, taksi xidmətləri və əlaqəli sahələr üçün itkilər daxil olmaqla, hava yolları şirkətlərinin gündəlik itkilərini 20 milyard rubl olaraq qiymətləndirib.

Patrakovun sözlərinə görə, B737 üçün uçuş gecikməsinin (15 dəqiqədən çox gecikmə) dəyəri təxminən 1,5 milyon rubl təşkil edir və bu, sərnişinlərə xidmət xərclərini əhatə etmir.

Aviaşirkətlər “Kommersant”a belə itkiləri təsdiqləyiblər. Şirkətlərdən biri əlavə edib ki, bir təyyarənin alternativ aerodroma yönləndirilməsi dörd saat ərzində təxminən 1,5-2 milyon rubla başa gəlir.

Qeyd edək ki, iyulun 5-6-da Moskva ilə Sankt-Peterburq arasında nəqliyyat kollapsı baş verib - paytaxtlar arasında hava hərəkəti iflic olub, qatarlarda da oxşar vəziyyət yaranıb.

Rusiyanın mərkəzi hissəsində hava limanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər səbəbindən 500-dən çox reys təxirə salınıb və ya ləğv olunub. Ən çox ləğv və gecikmə Şeremetyevo hava limanında baş verib - 200-ə yaxın reys. Pulkovoda 100-ə yaxın reys təxirə salınıb və ya ləğv edilib. Vnukovoda 50-yə yaxın, Soçidə isə 30-a yaxın reys təxirə salınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR