Onlayn ictimai-siyasi qəzet
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İranla gərginlik dövründə ölkəsinin Ayətullah Əli Xameneyini zərərsizləşdirmək imkanı olmayıb.
Musavat.com xəbər verir ki, bu barədə nazir “13-cü kanal”a müsahibəsində danışıb.
“Əgər Xameneyi hədəf sahəmizdə olsaydı, onu aradan qaldırardıq,” – deyə Kats vurğulayıb.
O həmçinin qeyd edib ki, İranın nüvə proqramında hər hansı irəliləyiş baş verərsə, İsrail dərhal cavab zərbələri endirəcək.
Nazir çıxışı zamanı Qəzza zolağında davam edən müharibəyə də toxunub. Onun sözlərinə görə, münaqişə yalnız HƏMAS tərəfindən əsir götürülmüş israilli girovlar geri qaytarıldıqdan sonra başa çatacaq.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ