İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov Məhərəmlikdə toy etdi - Putin təklifdən niyə imtina etdi?

Oğullarının tələsik evlənməsi Çeçenistan rəhbərinin səhhəti ilə izah olunur

İyunun 27-də Çeçenistan rəhbəri Ramzan Kadırov 17 yaşlı oğlu Adam Kadırovun toy mərasimi keçirilib.Adam Kadırov Məhərrəm ayında çeçen senatoru Süleyman Geremeyevin qızı ilə islami nikah bağlayıb. Mərasimə Yaxın Şərq ölkələrindən yüksək səviyyəli nümayəndələr də dəvət alıb.

Musavat.com “Novaya qazeta Avropa”ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə də BƏƏ-nin Rusiyadakı səfiri Məhəmməd Əhməd Əl Caberin iyunun 27-də Qroznıya Kadırovun üçüncü oğlunu təbrik etmək üçün getdiyini təsdiqləyib.

WhatsApp Image 2025-06-27 at 22.06.45.jpeg (151 KB)

“Novaya qazeta Avropa”nın mənbələrinə görə, Adam Kadırovun rəsmi toy mərasiminə hazırlıq bir neçə ay əvvəl başlayıb. Çeçenistan hakimiyyətinin planlarına görə, Kadırovun üçüncü oğlunun toyu siyasi baxımdan da daxil olmaqla möhtəşəm hadisə olmalı idi. Lakin toy tarixi bir neçə dəfə təxirə salınıb. Mənbənin sözlərinə görə, buna səbəb Çeçenistan liderinin üçüncü oğlu üçün Vladimir Putinlə görüş təşkil etmək istəyi olub. Kreml isə Çeçenistan rəhbərinin oğlunun gənc yaşda olduğunu əsas gətirərək qəbul etməkdən imtina edib.

Xatırladaq ki, Kadırovun hər iki böyük oğlu Axmat və Zelimxan 2023 və 2024-cü illərdə toyları ərəfəsində Kremldə Putin tərəfindən qəbul edilib.

Kadırovun oğullarının evlənməsi ilə bağlı bu cür tələskənlik Çeçenistan rəhbərinin səhhəti ilə izah olunur.

Son olaraq Çeçenistanın siyasi dairələrində respublika rəhbəri Ramzan Kadırovun uzunmüddətli müalicə üçün xaricə getməsi ehtimalı ilə bağlı iddialar yayılıb. Kadırov artıq Kreml rəhbərliyi ilə müalicəyə getməsini razılaşdırıb. İlkin məlumata görə, o, Fars körfəzi ölkələrinin - BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və ya Bəhreynin elit klinikalarından birində müalicə almağı planlaşdırır. Konkret yerin adı hələ açıqlanmayıb, lakin mənbələrə görə, Kadırovun bu seçimi bu regionda uzunmüddətli biznes əlaqələri ilə bağlıdır.

Bildirilir ki, Kadırov çox güman ki, uzunmüddətli məzuniyyət götürməli olacaq. Bu səbəbdən Çeçenistanın müvəqqəti rəhbəri vəzifəsinə etibarlı adam təyin edilməlidir. Mənbələr ən çox ehtimal olunan namizəd kimi respublikanın baş naziri Maqomed Daudovu göstərirlər. "Çeçenistan hakimiyyəti çox güman ki, Kadırovun müalicə üçün xaricə getdiyini rəsmi elan etməyəcək. Bu, Kadırovun səhhəti barədə məlumatların gizli saxlanılması praktikasına uyğundur" deyə, Çeçenistan administrasiyaya yaxın mənbə qeyd edir. Kadırovun səhhətindəki problemlər barədə iddialar yeni deyil, amma rəsmilər tərəfindən indiyədək də təsdiqlənməyib.

son abzas (2).jpg (58 KB)

Kadırovu Rusiyadan kənarda müalicə almağa vadar edən səbəblər hələ də spekulyasiya mövzusu olaraq qalır. Bildirilir ki, ola bilsin ki, bu, yerli tibbə inamsızlıqdır və ya bu, xüsusi bir yanaşma tələb edən ciddi xəstəlikdir. Təxminən bir il əvvəl “Novaya qazeta” Kadırovun səhhətinin pisləşməsi, o cümlədən Qroznıdakı xəstəxanada qalması və şəhərdən kənara çıxmaqdan imtina etməsi barədə məlumat verib. Eyni zamanda, BƏƏ-də transplantasiya tələb olunduğu iddia edilən böyrək problemlərindən də bəhs edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR