İnsanlara hürriyət, millətlərə istiqlal!

Karapetyan tərəfdarlarına müraciət etdi  

Ermənistan məhkəməsi tərəfindən barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən Rusiya vətəndaşı, biznesmen Samvel Karapetyan vəkili vasitəsilə onun müdafiəsi üçün toplaşan vətəndaşlara müraciət edib.

İş adamının mesajında deyilir: “Onlar mənə təzyiq edə bilməzlər, mən həmişə Kilsəyə və xalqıma yaxın olacağam. Qələbəmizin alternativi yoxdur, məni həbs etmək qərarı qanunsuzdur”.

Karapetyan bu günlərdə ona və ailəsinə yaxın olduqları üçün tərəfdarlarına təşəkkür edib. “Təəssüf ki, məhkəmə sübut etdi ki, hələ də ədalət naminə müstəqil və göstərişsiz fəaliyyət göstərmək iqtidarında deyil. Həyatım boyu uğurlarımla yanaşı, çətinliklərim də olub, amma heç vaxt təslim olmamışam. Mənə təzyiq göstərə və qanunsuz həbs etməklə prinsiplərimdən kənara çıxmağa məcbur edə bilməzlər”, - mesajda deyilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR