İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərkük-Ceyhan boru kəməri ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ - Yaxın saatlarda...

İraq Kürdüstanı yataqlarından Türkiyəyə iki il əvvəl kəsilən neft ixracı yaxın saatlarda bərpa olunacaq.

Musavat.com xəbər verir ki, məlumatı İraq Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti yayıb.

İraqın baş naziri Kərkük-Ceyhan boru kəməri ilə neft ixracı üçün İraq Kürdüstanı ilə razılaşma əldə edildiyini açıqlayıb. Bildirilir ki, gündəlik 50 min barel daxili istehlak üçün, qalanı isə İraqın dövlətə məxsus SOMO korporasiyası vasitəsilə ixrac olunacaq.

Qeyd edək ki, həftənin əvvəlində məlum olub ki, İraq Kürdüstandan neft ixracının iki illik fasilədən sonra bu həftə bərpa olunacağını gözləyir. Bağdad boru kəmərinin bağlanması zamanı milyardlarla dollar itirib.

Bloomberg xəbər verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn Nyu-Yorkda Kürdüstandan Türkiyənin Aralıq dənizi sahillərinə əsas Ceyhan boru kəməri ilə tədarükün "çox güman ki, bu həftə" bərpa olunacağını bildirib. Onun sözlərinə görə, Bağdad da Türkiyə ilə yeni neft kəməri sazişi üzrə danışıqlara başlayıb, çünki hazırkı müqavilənin müddəti 2026-cı ildə başa çatır.

Hüseyn bildirib ki, Bağdad, Ərbil (İraq Kürdüstanının paytaxtı) və neft şirkətləri arasında danışıqlarda irəliləyiş ilkin mərhələdə gündə 230 min barel neftin beynəlxalq bazarlara çıxarılmasına imkan verəcək. O, əlavə edib ki, yeni investisiyalar və Kürdüstandakı yataqlarda hasilatın artırılması ilə bu həcm gündəlik 400-500 min barrelə qədər arta bilər. Türkiyə rəsmisi daha əvvəl bəyan etmişdi ki, İraq tərəfləri razılaşdıqdan sonra Ankara neft tədarükünə mane olmayacaq.

Hüseynin sözlərinə görə, Bağdad boru kəmərinin bağlanması səbəbindən 22-25 milyard dollar arasında gəlir itirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR