Onlayn ictimai-siyasi qəzet
Ermənistanın 2-ci prezidenti Robert Köçəryan Rusiya ilə yaxın mövqelər nümayiş etdirərək baş nazir Nikol Paşinyana qarşı açıq ittihamlarla çıxış edib.
Musavat.com xəbər verir ki, Koçaryanın açıqlamaları Kremlin Paşinyana qarşı siyasi təzyiqlərini gücləndirdiyi bir dövrə təsadüf edir. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana yardım etməməsini Paşinyanın Moskvaya qarşı siyasəti ilə izah edib.
“KTMT bizə kömək etmədi. Amma sən bu təşkilatın onurğa sütunu olan Rusiya ilə münasibətləri özün pozdun. Belə olan halda, niyə bizə kömək etməli idi?” – deyə Köçəryan bildirib.
O əlavə edib ki, KTMT-nin müdaxiləsi üçün prosedurlar tələb olunur və bu, ən azı iki ay vaxt aparardı: “Deməli, sən həmin iki ay ərzində döyüşməli, prosesi başladıb nəticəyə çatdırmalı idin".
Siyasi müşahidəçilər Koçaryanın bu bəyanatlarını Moskvanın Ermənistanın hazırkı hakimiyyətinə təzyiq siyasətinin bir hissəsi kimi dəyərləndirir. Kremlin ritorikasını açıq şəkildə təkrarlayan Koçaryan, Paşinyanın regional siyasətdə təcrid olunmasına xidmət edən fiqur kimi çıxış edir.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ