Onlayn ictimai-siyasi qəzet
Lənkəranda qətl hadisəsi törədilib.
"Report"un cənub bürosunun məlumatına görə, hadisə Vilvan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb. Onun üzərində kəsici-deşici alətlə vurulan xəsarətlər qeydə alınıb.
V.Səbziyevin hansı şəraitdə və kim tərəfindən öldürülməsi hələ məlum deyil.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRHLƏRŞƏRH YAZ