Onlayn ictimai-siyasi qəzet
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb.
"Report" xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Xəbərdə 27 yaşlı futbolçunun II Bundesliqa klubu ilə 3 illik müqavilə bağladığı bildirilir.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"in heyətində keçirib.
19 Iyun 2025
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ