Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron Sinqapura səfəri zamanı məşhur fransız mahnısı “Comme d'habitude”i oxuyaraq diqqət çəkib.
Musavat.com xəbər verir ki, “Comme d'habitude” – münasibətlərdə zamanla yaranan emosional uzaqlığı və gündəlik rutini təsvir edən klassik fransız mahnısıdır.
Mahnının bəzi misralarında bu duyğular açıq şəkildə ifadə olunur:
“Həmişəki kimi evə qayıdacağam,
Amma sən orada olmayacaqsan,
Həmişəki kimi, sən hələ də qayıtmamısan,
Mən təkbaşına uzanacağam —
Böyük və soyuq bir yatağa, həmişəki kimi,
Və göz yaşlarımı gizlədəcəyəm,
Həmişəki kimi”.
Makronun bu ifası sosial mediada sürətlə yayılıb və müxtəlif reaksiyalara səbəb olub. Bəziləri bunu onun incəsənətə marağı kimi qiymətləndirib, digərləri isə siyasi kontekst axtarıb.
Musavat.com
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ