Onlayn ictimai-siyasi qəzet
İsrail Hərbi Hava Qüvvələri yenidən İranın dərinliklərinə zərbələr endirməyə başlayıb.
Məşhəd şəhərinə endirilən zərbədən sonra yüksələn qara tüstünün görüntüləri sosial şəbəkələrdə yayılıb. “Tasnim” də İsrailin İlam vilayətinin qərbində yanğınsöndürmə hissəsini bombaladığını təsdiqləyib. Kermanşaha də zərbələr endirilib.
İsrail Ordusunun keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilən yüksək rütbəli İran hərbçiləri arasında "Qüds" qüvvələrinin Kəşfiyyat İdarəsinin rəhbəri Mohsen Bakri və onun müavini Əbu əl-Fədl Nikuei olublar. İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qeyd edilib ki, onlar əsasən HAMAS və "Hizbullah" terror təşkilatlarını, eləcə də Yəməndəki husiləri kəşfiyyat məlumatları ilə təmin edilməsi üzrə tapşırıqların icrasına məsul olub: "Bu addım İranın kəşfiyyat xidmətinə əhəmiyyətli zərbə olmaqla, İsrailə qarşı terror hücumlarının qarşısının alınmasına dəstək olacaq" - deyə, məlumatda qeyd olunub.
TVMusavat-ın bu gün saat 15:05-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi analitik Qədir Aslanla müzakirə edir.
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ