Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin yaz sessiyasının son plenar iclası öz işinə başlayıb.
Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova giriş nitqində 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılmasının əhəmiyyətindən bəhs edib.
Həmçinin Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə üçtərəfli Zirvənin keçirilməsinin tarixi əhəmiyyəti barədə də danışıb. Spiker Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktibları göndərildiyini bildirib.
Deputatlar alqışlarla təbriklərə qatılıblar.
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ