Onlayn ictimai-siyasi qəzet
Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh Sammiti bir çox ölkənin yüksək səviyyəli nümayəndələrini bir araya gətirəcək.
Musavat.com xəbər verir ki, bu barədə Misirin dövlət agentliyi xəbər yayıb.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Misir Prezidenti Abdel Fattah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah ibn əl-Hüseyn, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Fələstin Prezidenti Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron və digər dövlət başçıları iştirak edəcəklər.
Bundan əlavə, Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin sammitə baş nazir səviyyəsində qatılacağı gözlənilir.
Sammitdə həmçinin Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi, BMT Baş katibi Antoniu Quterreş, Ərəb Liqasının Baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antoniu Koşta, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və Yaponiyanın Qahirədəki səfiri Fumio İvay da iştirak edəcəklər.
Musavat.com
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ