İnsanlara hürriyət, millətlərə istiqlal!

Modidən GÜC NÜMAYİŞİ - S-400 ilə foto PAYLAŞDI

Hindistanın baş naziri Narendra Modi çərşənbə axşamı ölkənin şimal-qərbində yerləşən Pəncab ştatındakı Adampur aviabazasını ziyarət edib və orada Rusiyadan alınmış S-400 “Triumf” zenit-raket kompleksinin fonunda şəkil çəkdirib.

Musavat.com xəbər verir ki, bu barədə The Times of India nəşri məlumat yayıb.

Nəşr yazır ki, Modi bu addımı ilə Pakistanın Adampurda S-400 qurğusunun məhv edilməsi barədə irəli sürdüyü iddiaları təkzib edib.

Məlumata görə, Adampur aviabazası Hindistan Silahlı Qüvvələri tərəfindən “Sindur” əməliyyatı zamanı fəal şəkildə istifadə olunub və Pakistan qırıcılarının raket hücumları üçün əsas hədəflərdən biri olub.

Bundan əvvəl Hindistan Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi, polkovnik Sofiya Qureşi Pakistan Müdafiə Nazirliyinin S-400 kompleksinin, Hindistan-Rusiya istehsalı olan “BrahMos” səsdən sürətli qanadlı raketlərinin məhv edilməsi, həmçinin Hindistana məxsus 6 hərbi aviabazanın zədələnməsi ilə bağlı yaydığı məlumatları təkzib edib.

Qeyd edək ki, Hindistan 2018-ci ildə ümumi dəyəri 5,43 milyard dollar olan beş S-400 divizionunun alınması ilə bağlı Rusiya ilə müqavilə imzalayıb. Rusiyadan alınmış ilk “Triumf” raket sistemi 2021-ci ildə Pakistanla sərhəddə yerləşən Pəncab ştatında yerləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR