İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva ilə Bakı arasında münasibətlər çətin dövrünü yaşayır – Kreml  

Moskva ilə Bakı arasında münasibətlər möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrünü yaşayır.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Həqiqətən də möhkəm təməl var, iki ölkənin maraqlarının üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var. Amma bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi də belə dövrlərdən biridir", - Peskov bildirib.

"Ümid edirik ki, bu müddət keçəcək" deyən Dmitri Peskov iddia edib ki, iki ölkə arasında əməkdaşlıq qarşılıqlı fayda gətirir.

"Azərbaycanda ruslara hörmət edilməsi bizim üçün çox vacibdir", - Kreml nümayəndəsi davam edib.

O, Rusiyada da çox böyük Azərbaycan diasporunun yaşadığını xatırladıb:

"Azərbaycan diasporunun demək olar ki, bütün nümayəndələri qanuna tabe olan vətəndaşlarımızdır və burada layiqli hörmətə malikdirlər. Qanunları pozan vətəndaşlar qanunla məsuliyyətə cəlb olunurlar".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR