İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada yataqxanaya BASQIN: 300 miqrant SAXLANILDI - VİDEO

Moskvada miqrantlara qarşı növbəti genişmiqyaslı reyd keçirilib.

Musavat.com xəbər verir ki, Rusiya Qvardiyasının Moskva üzrə Baş İdarəsinin yaydığı məlumata görə, paytaxtın mərkəzində yerləşən yataqxanalardan birində aparılan yoxlamalar zamanı 300 nəfər saxlanılıb.

Bildirilib ki, xüsusi tədbir çərçivəsində həmin yataqxanada yaşayan 400 əcnəbi vətəndaşın miqrasiya sənədləri, pasportları, miqrasiya vəsiqələri və iş icazələri yoxlanılıb.

Nəticədə 300 nəfərin miqrasiya qanunvericiliyini pozduğu aşkarlanıb və onlar əlavə araşdırmalar aparılması üçün polis şöbəsinə aparılıblar.

Məlumata görə, reyd Rusiya İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilib. Onlara Rusiya Qvardiyasının Moskva üzrə Baş İdarəsinin “Avanqard” xüsusi təyinatlı dəstəsi dəstək göstərib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR