Onlayn ictimai-siyasi qəzet
Özünü müğənni kimi təqdim edən Dəniz Əsədova növbəti dəfə hakim qarşısına çıxarılıb. O, dörd nəfəri təhqir etməkdə və onlara böhtan atmaqda ittiham edilib.
Musavat.com xəbər verir ki, Əsədova sosial şəbəkələrdə hakimləri, prokurorluq əməkdaşlarını və digər vəzifəli şəxsləri də təhdid etməsi ilə gündəmə gəlib.
Dəniz Əsədova vəkil Asim Abbasovun şikayəti əsasında bu ilin may ayında məhkəmə zalında həbs edilmişdi.
Asim Abbasov müğənnini onun barəsində sosial şəbəkələrdə yalan və həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar paylaşdığına görə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi.
Müğənni Dəniz Əsədova 7 ay müddətinə həbs edilib.
Hökmdən apellyasiya şikayəti verən Dəniz Əsədova azadlığa buraxılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Xatırladaq ki, D.Əsədova bundan əvvəl də eyni ittihamla müxtəlif şəxslər - müğənni Cabbar Musayev və digərləri tərəfindən məhkəməyə verilmişdi. Bundan başqa, müğənninin şikayəti əsasında 2023-cü ildə Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Həkim ifaçıya qarşı 627 min manatlıq dələduzluqda ittiham olunub, daha sonra ev dustaqlığına buraxılıb.
İ.Muradov
Musavat.com
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ