Onlayn ictimai-siyasi qəzet
Azərbaycan MDB-nin İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib. Trend-ə məlumatlı mənbə bildirib.
Qeyd edək ki, adətən MDB iclaslarında Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.
“Yaqub Eyyubov sözügedən tədbirdə iştirak etməyəcək. İmtinanın səbəbi Yekaterinburqda baş verən son hadisələr, AZAL-a məxsus təyyarənin vurulması və bu məsələlərin tənzimlənməsi üçün Rusiya tərəfinin lazımi addımlar atmaq istəməməsidir”, – mənbə qeyd edib.
Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərdə reydlər keçirib. Reydlər zamanı azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovlar qətlə yetirilib, bir neçə nəfər saxlanılıb.
Türkiyənin Bodrum şəhərində istirahətdə olan yəhudi əsilli azərbaycanlı biznesmen Qod Nisanov təcili Moskvaya çağırılıb.
Moskvanın məşhur “Food City” ticarət mərkəzinin sahibi olan Qod Nisanovun çağırılmasına səbəb Azərbaycanla Rusiya arasındakı gərkinlikdən sonra yaranmış vəziyyət olub.
Qeyd edək ki, bu hadisədən sonra Rusiya hüquq-mühafizə orqanları azərbaycanlıların kompakt çalışdığı ayrı-ayrı bazarlara reydlər keçirir. Bu reydlər zamanı yüzlərlə azərbaycanlı polis bölmələrinə aparılır. Məlumata görə, Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Food City”yə belə basqın gözlənilir.
Adıçəkilən bazarda çalışan şəxslərin verdiyi məlumata görə, bazar administrasiyası tərəfindən onlara bu barədə xəbərdarlıq edilib. İki gün əvvəl Bodruma istirahətə gələn Qod Nisanovun təcili özəl təyyarəsi ilə Moskvaya qayıtması vəziyyətin ciddiliyindən xəbər verir.
İddialara görə, hazırda Rusiya prezidenti Vladimir Putinlə əlaqələri kəsilən Qod Nisanov Rusiya Liberal-Demokrat Partiyasının Leonid Slutski ilə görüşüb. Qeyd edək ki, yəhudi əsilli olan Leonid Slutski Qod Nisanovun yaxın dostudur.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi deputat Elşad Musayevlə müzakirə edir.
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ