Onlayn ictimai-siyasi qəzet
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Şah İsmayıl Xətaiyə dair verdiyi son açıqlama ictimai və siyasi çevrələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, parlament rəhbəri çıxışında Osmanlı-Səfəvi münasibətləri kontekstində aşağıdakı fikirləri səsləndirib:
“Anadolu torpaqlarını başdan ayağa zülmlə inildədən Şah İsmayıla qarşı Yavuz Sultan Səlim və İdris-i Bitlisi arasında qurulan ittifaq, bu torpaqlarda müsəlman icmaların birgə yaşamasına şərait yaratdı”.
Kurtulmuşun bu fikirləri müxtəlif tarixçi və ictimai dairələrdə mübahisəli qarşılanıb. Sosial şəbəkələrdə və media platformalarında çıxışa münasibətlər birmənalı olmayıb.
Xatırladaq ki, bu cür fikirlər təkcə Numan Kurtulmuşla məhdudlaşmır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bir neçə gün əvvəl Şah İsmayıl Xətai və Əmir Teymur haqqında sərt ifadələr işlədib.
AK partiya liderlərinin bu yanaşımı Azərbaycanda etirazlar doğurub.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ