İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanın DƏHŞƏTLİ RAKETİ - Hindistanı bununla VURA BİLƏR!

Pakistan ordusu yer-yer tipli "Abdali" ballistik raketinin uğurla sınaqdan keçirildiyini bildirib.

Musavat.com xəbər verir ki, "Financial Express"in məlumatına görə, bu raket 450 kilometr məsafədəki hədəfləri vura bilir.

Raket sınaqları "INDUS" adlı hərbi təlimlər çərçivəsində keçirilib.

Qeyd edək ki, Pakistan İndus çayını belə adlandırır. Bu çaya Hindistan Kəşmirdəki insidentdən sonra girişə məhdudiyyət qoyub.

"Bloomberg" yazır ki, Pakistanın raket sınağı Hindistan hərbi gəmilərinin uzaq hədəfləri vurmaq qabiliyyətini nümayiş etdirmək üçün raketləri sınaqdan keçirməsindən bir neçə gün sonra həyata keçirilib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR