Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsi “Facebook” hesabında dini dairələrə qarşı sərt bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, o bildirib ki, subaylıq andını pozan bütün ruhani şəxslər kilsə sıralarını tərk etməlidirlər: "Subaylıq andını pozan bütün din xadimləri ruhani xidmətini dayandırmalıdır."
Paşinyan əlavə edib ki, fərdi həyat hər kəsin şəxsi məsələsidir, lakin xalqın dini və mənəvi dəyərlərə sahib çıxmaq hüququ var:
"Heç kimi kiminsə şəxsi həyatı maraqlandırmamalıdır. Amma xalqın kilsəyə, mənəvi və əxlaqi dəyərlərə haqqı var."
Bu açıqlama Ermənistan cəmiyyətində kilsə və dövlət münasibətləri ətrafında yeni müzakirələrə səbəb olub.
Musavat.com
01 Iyun 2025
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ