İnsanlara hürriyət, millətlərə istiqlal!

Psixiatriya Xəstəxanasında pasiyent döyüldü - DİN-dən AÇIQLAMA - FOTO

1 saylı Maştağa Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyindən Musavat.com-a bildirilib ki, sözügedən tibb müəssisəsində müalicə alan şəxsin xəsarətləri ilə bağlı araşdırmalar davam etdirilir.

"Ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək", - açıqlamada vurğulanır.

Qeyd edək ki, həmin kadrları lentə alan xəstə yaxını atasının sözügedən tibb müəssisəsində şiddət gördüyünü iddia edirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR