İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin iki dustaq tankerini silahlı donanma ilə NATO-nun əlindən aldı: Kreml Aİ-ni ələ saldı - VİDEO

Rusiya Qərbin enerji embarqosuna meydan oxudu – “Boykiy” korveti silahlı şəkildə La-Manş boğazından keçərək Avropa sularında sanksiyaları pozdu

Rusiya Hərbi Dəniz Donanmasının “Boykiy” adlı korveti bu həftə sensasion addım atıb.

Musavat.com xəbər verir ki, “Sputnik”in yaydığı məlumata görə, korvetin müşayiəti ilə sanksiyalara məruz qalan “SELVA” və “SIERRA” adlı iki neft tankeri La-Manş boğazından keçərək Baltik dənizindəki Rusiya limanlarına doğru hərəkət edib.

Ən diqqətçəkən məqam isə bu olub ki, “Boykiy” gəmisi 300 kilometr məsafəyə qədər hədəf ala bilən X-35 tipli qanadlı raketlərlə silahlanmış vəziyyətdə sanksiyalı tankerlərə müşayiət edib.

NATO və Aİ reaksiyasız qaldı – “Donanma hazır deyil”

Rusiya hərbi eksperti Aleksandr Xrolenko bu hadisəni şərh edərkən bildirib ki, bu addım Kreml tərəfindən Qərbə açıq bir cavabdır:

“NATO Hərbi Dəniz Qüvvələri bu addıma hərbi cavab verməyə hazır deyil. Avropa İttifaqı isə vəziyyət qarşısında geri çəkildi. Bu, Rusiyanın enerji daşıyıcılarının beynəlxalq dəniz yolları ilə hərəkətinin təmin olunmasında siyasi və hərbi iradə nümayişidir”.

Ekspert onu da qeyd edib ki, Rusiya bu əməliyyatla neft ticarətindəki sanksiya hədələrini təsirsizləşdirməkdə qərarlıdır.

Qərb üçün yeni dilemma: La-Manşda Rusiya raketləri

Hərbi təhlilçilər bu addımı Qərb üçün həm hərbi, həm də iqtisadi siqnal kimi qiymətləndirirlər. Çünki bu, ilk dəfədir ki, Rusiya öz ticarət tankerlərini silahlı donanma ilə müşayiət edir və bu müşayiət Avropa sularında – La-Manş kimi strateji boğazda baş verir.

Rusiya tərəfi bu addımın beynəlxalq hüququ pozmadığını, əksinə, tankerlərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirir.

Qərbin cavabı isə hələlik susqunluqdan ibarətdir…

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR