Onlayn ictimai-siyasi qəzet
ABŞ-dan Rusiya Prezidenti Vladimir Putinə qarşı sərt mesaj göndərilib.
Musavat.com xəbər verir ki, ABŞ Senatının nüfuzlu respublikaçı üzvü Lindsi Qrem Trampın Moskvanın neft gəlirlərini hədəfə aldığını bəyan edib:
“Putin, növbə sənindir. Donald Tramp – bu ölkənin siyasətində Skotti Şefflerdir. O, səni tam cəzalandıracaq”, – deyə senator bildirib.
Trampın planlarına əsasən, Rusiya neftini idxal edən əsas ölkələr – Çin, Hindistan və Braziliyaya qarşı yüksək tariflər tətbiq olunacaq. Qremin sözlərinə görə, bu ölkələr ucuz Rusiya neftinin 80 faizini alaraq Kremlin hərbi maşınını maliyyələşdirir:
“Prezident Tramp bu gedişata son qoymaq niyyətindədir. Yeni tarif siyasəti ilə Moskvanın maliyyə dayanıqlığını sarsıtmaq məqsəd qoyulub”.
Senator Qrem Trampın dəqiqlik və sabitlik baxımından məşhur qolfçu Skotti Şefflerə bənzədiyini bildirib. Şeffler 2022 və 2024-cü illərdə “Masters”, 2025-ci ildə isə PGA çempionu olub və 80-dən çox həftə dünya reytinqinin lideri kimi tanınıb.
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ