İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda aşkarlanan bu ehtiyatlar onu dünya liderinə çevirəcək

Çin bərpa olunan metalların hasilatı sahəsində dünya liderliyini itirə bilər.

Musavat.com xəbər verir ki, buna Gürcüstanda aşkarlanan nəhəng manqan ehtiyatı səbəb ola bilər. Eldiario24.com nəşrinin məlumatına görə, Gürcüstda 240 milyon ton həcmində manqan filizlərinin olması təsdiqlənib və belə miqyas qüvvələr balansını tamamilə dəyişə bilər.

Manqan filizləri "yeni litium" adlanır. Bu material elektrik avtomobil sənayesində geniş istifadə olunur, lakin litium tezliklə bitə bilər və onun əvəzi indidən axtarılır. Buna görə də elektromobillərin istehsalında manqanın rolu artır. Ondan batareyalara ucuz və etibarlı katodlar yaratmaq üçün istifadə olunur.

İndi Gürcüstan dünyanın diqqət mərkəzindədir. Çiatura bölgəsində manqan filizinin böyük ehtiyatları təsdiqlənib. Son hesablamalara görə, söhbət 240 milyon tondan gedir. Bu ərazidə 20-ci əsrin əvvəllərindən manqan ooliti hasil edilir. Amma ehityatların dəqiq həcmi indiyədək müəyyənləşməmişdi.

Nəşr xatırladıb ki, Çin onilliklər ərzində strateji resurslar sahəsində inhisarçı olub, lakin indi Gürcüstan kimi rəqibin meydana çıxması onu narahat edir. Həmçinin qeyd edilir ki, ABŞ və digər ölkələr Pekindən asılılığı azaltmaq üçün Tiflis ilə tərəfdaşlıq imkanlarını artıq nəzərdən keçirir. Gürcüstanın özü üçün bu, qlobal enerji sektorunda əsas oyunçu olmaq və Qərb üçün təhlükəsiz alternativ təchizatçı olmaq şansı yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR